Bütün tibb dünyasını şoka salan qız - VİDEO
27.8.2013

Bu qız gördüyü bütün yazıları tərs oxuyur.

Parkda qəzet oxuyanda vətəndaşlar ona tez-tez yaxınlaşaraq qəzeti tərs tutduğunu deyirlər.

Bajona Daniloviç adlı qızın 28 yaşı var. Serbiyada yaşayan bu qızın görmə problemi bütün tibb dünyasında təəccüblə qarşılanıb.

Daniloviçin gözləri vasitəsilə beyninə çatan vizual xarakterlər tərsinə qəbul edilir.

Cəmiyyətə inteqrasiya etməkdən çəkinməyən Daniloviç, işlədiyi iş yerində xüsusi ekrandan istifadə edərək aktiv həyatını davam etdirir. Evdə isə özünə aid tərs çevrilmiş televizoru var.

VİDEO

xezerxeber.com