"Eurovision-2011" musiqi yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal Maykl Ceksona həsr olunmuş mahnı və klipin təqdimatını keçirəcəklər.
Dünya şöhrətli müğənninin xatirəsinə həsr olunmuş xüsusi layihə “Musiqi hələ yaşayır” şüarı ilə reallaşacaq. Mahnının bəstəkarı İsa Məlikov, sözləri Eldar Qasımovundur. Layihədə Maykl Ceksonun “İnsan təbiət” klipindən istifadə olunub. Bu layihə “Eurovision-2011” mahnı yarışmasındakı qələbədən sonra Eldar Qasımov və Nigar Camalın ikinci dueti olacaq.
APA