Maşında bu mahnıları dinləməyin!
28.8.2013

Maşında hansı mahnını dinləmək təhlükəlidir? İsrailin Ben Gurion Universitetinin mütəxəssisləri maraqlı araşdırma aparıblar.

Sükan arxasında rep və ya rok kimi aqresiv musiqi dinləmək təhlükəlidir. Belə insanların qəza keçirmək riski daha yüksəkdir.

Bundan əlavə müəyyən edilib ki, sükan arxasında sevdikləri mahnını dinləyən sürücülərin 98 faizi qaydaları pozur. Həzin, sakitləşdiriki melodiyaları dinləyənlərin pis maşın sürmək səviyyəsi isə 20 faiz azalır.

ANS PRESS