Günün ulduz falı
29.12.2011

Qoç - Bu gün görməyə şad olmadığınız adamlarla görüşə bilərsiniz. Əsl hisslərinizi üzə vurmamağa çalışın. Yalnız təmkin münaqişələrdən yayınmağa kömək edə bilər. Danışıqlar aparmaq çətin olacaq. Partnyorlarınıza inanmayacaqsınız.

Çətin və ağır işlə müstəqil şəkildə məşğul ola bilərsiniz. Burada uğur qazanmaqda sizə heç nə mane olmayacaq. Yaxınlarınızla münasibətləriniz hamar olmayacaq. Amma bəzi incikliklərdən sonra qarşılıqlı anlaşmaya nail olacaqsınız.

Buğa - Bu gün çoxlu kağız işləri – darıxdırıcı, yekcins məşğuliyyətlər olacaq. Fikrinizi cəmləşdirməkdə çətinlik çəkəcəksiniz. Həmkarlarınız daim diqqətinizi yanıldacaq. Çox da ciddi olmayın, zarafatlara xəsislik etməyin.

Əyləncələri günün ikinci yarısınadək təxirə salın. Günün məhz bu vaxtı qeyri-formal ünsiyyət, dostluq və romantik görüşlər üçün münasibdir.

Əkizlər - Günün birinci yarısı xeyli həyəcan gətirəcək. Bu gün bədxahlarla qarşılaşmalı, onlara uzun mübahisələrlə haqlılığınızı sübut etməli olacaqsınız. Diskussiyalar çox gərgin keçəcək, sizi təxribata çəkəcək, səbrinizin möhkəmliyini sınayacaqlar. Qətiyyətinizi qorumalısınız.

Günün ikinci yarısı isə sakit keçəcək. Həllini tələb edən işlər ortaya çıxacaq. Siz konstruktivliyə köklənəcək və bütün suallara cavab tapacaqsınız. Yaxınlarınızla qarşılıqlı anlaşma isə tam olmayacaq. Pulla bağlı fikir ayrılıqları mümkündür.

Xərçəng - Günün birinci yarısı vacib qələbə ilə yadda qalacaq. Qətiyyətiniz sayəsində rəqibinizi üstələyə, bədxahlarınıhın hücumlarını qabaqlaya bilərsiniz. Uğurlarınıh ətrafdakıların diqqətini cəlb edəcək. Bununla əlaqədar, çox sərfəli təkliflər ala biləcəksiniz. Bəzi Xərçənglər yeni işə keçmək barədə düşünə bilərlər.

Şəxsi ünasibətlər hamar və sabitdir. Bu, yeganə sahədir ki, dəyişikliyə can atmayacaqsınız və malik olduğunuza dəyər verirsiniz. Romantik səyahətə yollanmaq olar. O, çox uğurlu alınacaq.

Şir - Maliyyə və mülk məsələlərinə kifayət qədər çox vaxt ayırmalı olacaqsınız. Çox ciddi olun. Pul sadəlövhlüyü sevmir. Vacib sənədlərə (xüsusilə uzunmüddətli əməkdaşlığa dair) imza atmaq məsləhət deyil. Məsələ bundadır ki, bu gün şübhələnmədiyiniz bir çox ideyalar yanlışdır.

Emosional fon sabit deyil. Xoşbəxtlikdən, pis əhval-ruhiyyə uzun müddət çizinlə olmayacaq. Şənlənməyiniz üçün çox cüzi bir şey kifayətdir. Günün ikinci yarısında sevdiyiniz adam sizə xoş sürpriz edəcək.

Qız - Bu gün çətin ki özünüzdə razı qalasınız. Düzəlməsi uzun müddət tələb edən səhvlər buraxa bilərsinix. Yaşlı insanlarla və ya nüfuzlu şəxslərlə ciddi münaqişələr mümkündür. Hüquq-mühafizə orqanları, dövlət təşkilatlarının nümayəndələri ilə arzuolunmaz təmas ehtimalı var.

Əhval-ruhiyyənizin pis olması ailədəki probelmlərin əsas səbəbi ola bilər. Növbəti dəfə güzəştə getmək, başqalarının nazı ilə oynamaq (və ya özünüzü belə göstərmək) istəməyəcəksiniz. Bu davranışın qanunauyğun nəticəsi küsülülükdür.

Tərəzi - Gözlənilməz təklif sizi dalana dirəyəcək. Nəyin – razılaşmağın və ya imtina etməyin yaxşı olduğunu hələ bilmirsiniz. Amma vaxtı çox uzatmaq olmaz. Çünki rəqibləriniz mürgüləmirlər. Əgər söhbət karyeradan gedirsə, etibar etdiyiniz adamın məsləhətinə qulaq asın. Digər məsələlərdən isə məntiqə və sağlam düşüncəyə bel bağlamaq lazımdır.

Vəziyyəti dəyişmək arzusu yaranacaq. Bu arzu bir çox Tərəziləri düşünülməmiş hərəkətlərə, əsl avantüralara sürükləyir. Çox tələsməməyə çalışın: isti-isti qəbul ediyiniz qərarlara görə sonradan təəssüflənəcəksiniz.

Əqrəb - Sizi yaxşılığa doğru dəyişikliklərin əsasını qoyacaq vacib hadisə gözləyir. Əsas məsələ özünüzü itirməməyinizdir. Vacib məqamı buraxmamaq üçün ayıq olun. Günün birinci yarası ətrafdakıları dinləmək, deyilənləri təhlil etmək və informasiya toplamaq üçün münasibdir. Günün ikinci yarısı isə özünüzün qərarlar verməyinizin və müstəqil hərəkətlərin vaxtıdır.

Siz ilk baxışdan vurulmağa qadirsiniz: başgicəlləndirici və sonrasını düşünmədən. Xoşbəxtlikdən, bu gün bunu özünüzə rəva görə bilərsiniz. Çünki layiqli insanla qarşılaşma ehtimalı var. Ailəli cütlüelər üçün gün olduqca əlverişlidir.

Oxatan - Sizin üçün tamamilə yeni və o qədər də hörmətli olmayan işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. İstənilən vəzifəni maksimum vicdanla yerinə yetirməyə çalışın. Tənbəllik və ehtiyatsızlıq yolverilməzdir. Bu günə təyin edilmiş istənilən görüşə dərindən hazırlaşmaq lazımdır. Yerindəcə nəsə düşünəcəyinə bel bağlamayın.

Yaxınlarınız sizin bütün başlanğıclarınızı təqdir etməsələr də, yardımdan boyun qaçırmayacaqlar. Bu gün qohumlardan pul götürmək (borca və ya qaytarmamaq şərtilə) məsləhət görülmür. Amma mənəvi dəstəklə bağlı heç bir problem yoxdur.

Oğlaq - Vacib xəbəri gözləyin. Bu xəbər çox xoş olmasa da, hər halda diqqət tələb edəcək. Nəyin doğru, nəyin yalan olduğunu ayırd etmək asan olmayacaq. Heç bir halda ilk təəssürata inanmayın. Bu gün yeni tanışlıqlar üçün əlverişli deyil. İnsan barəsində düzgün təsəvvür yaratmaqda çətinlik çəkəcəksiniz.

Günün ikinci yarısı boş-boşuna ora-bura qaçma vaxtıdır. Ətrafdakılarla təmaslar çətinləşəcək: onların hisslərini başa düşə bilməyəcək, bəzi hallarda isə olduqca sərt olacaqsınız. Oğlaqlara uşaqlarla ünsiyyətdə düzgün ton seçmək xüsusilə çətin olacaq.

Dolça - Bu gün emosional sarsıntı, güclü hisslər və yeni təəssüratlarla yadda qalacaq. Sizin üçün şən və maraqlı olacaq, əhval-rühiyyəniz yüksələcək. Axşama doğru isə yorğunluq, mənəvi boşluq vəziyyəti mümkündür.

İlin sonunadək başa çatdırılması mümkün olan yüngül, çətinlik yaratmayan işlərlə məşğul olmaq məsləhətdir. Diqqət tələb edən uzunmüddətli işlər bu gün çətin olacaq. Alış-veriş üçün pis gün deyil. Ən yaxşısı zərgərlik əşyaları almaqdır.

Balıqlar - Gün sizi işlə bağlı əla xəbərlərlə sevindirəcək. Böyük səylər olmadan əla nəticələr əldə edəcəksiniz, rəhbərlik xidmətlərini qiymətləndirəcək, rəqibləriniz isə geridə qalacaq. Gəlirinizin artması, sərfəli sövdələşmələr mümkündür.

İstənilən yaradıcılıq üçün çox əlverişli gündür. Əgər bu günü şən keçirsəniz, ilin sonunadək ovqatınız yüksək olacaq.

                                                                                                                                  Milli.Az