Azərbaycanda müharibə əlillərinin təqaüdü artırılıb
29.8.2013

Azərbaycan prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilib.