Türkiyə polisinin başına Hollivud filmlərində olduğu kimi bir hadisə gəlib.
Polis Manisanın Barbaros məhəlləsində bir evdən oğurluq edən şəxsi tutsa da, sonra əlindən buraxıb.
Belə ki, polis oğrunu qandallayıb həbsxanaya salan zaman ehtiyyatsızlıq edib. Daha doğrusu, polis üstündəki silahı həbsxana işçisinə təslim edəndə, Şenol Katameri adlı şəxs bunu fürsət bilib, qaçıb. O, həbsxana yaxınlığındakı qarğıdalı zəmisinə girib. Şübhəlinin axtarışlarına 50 nəfərlik polis cəlb olunsa da, onun tapmaq mümkün olmayıb. Oğrunun axtarışlarına 300 nəfərlik çevik polis dəstəsi də cəlb olunub. 8 saatlıq axtarıların sonunda şübhəli bir bağ evində gizləndiyi ortaya çıxıb. Daha doğrusu ev sahibi bu barədə polisə məlumat verəndən sonra ev mühasirəyə alınıb. Bununla belə Şenol Katameri polis mühasirəsindən də qaçmağı bacarıb. Yenidən qarğıdalı zəmisində gizlənməyə çalışıb. Ancaq polis sonda oğrunu yaxalaya bilib. Şenol Katameri adlı şəxsin Muğla açıq cəza evindən qaçdığı ortaya çıxıb.
Belə ki, 7 illik məhbus həyatından sonra cəza evindən icazə alan Şenol Katameri bir daha oraya qayıtmayıb. Onun 3 ay əvvəl Balıkesirdən Manisaya gəldiyi ortaya çıxıb. Şenol Katameri Manisa ədliyyə orqanları tərəfindən xəstəxanada müayinə edildikdən sonra həbsxanaya yerləşdirilib.
ANS PRESS