İşinə, yoldaşları ilə görüşməyə və bütün görüşlərinə hər zaman gec qalan amerikalı Cim Dunbarın "xroniki gec qalma" xəstəsi olduğu təyin olunub.
Xəstəxanaya 20 dəqiqə gecikən 57 yaşlı Dunbarın vəziyyətinin diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan xəstələrlə eyni beyin bölgəsindəki problemdən qaynaqlanır. Həkimlər, bu adamın işlərinin nə qədər zaman alacağını doğru şəkildə hesablamadığını bildirirlər.
Dunbar bir çox işi bu problemi səbəbiylə itirdiyini, insanların reaksiyalarını anladığını ancaq ona inanmadıqlarını, bəzən buna görə depressiyaya girdiyini ifadə edib.
Cim Dunbar, axşam 7-də kinoya getmək üçün səhər erkən qalxdığını, 11 saat ərzində hazırlaşsa da, ancaq yenə də filmə 20 dəqiqə gecikdiyini bildirib.
ANS PRESS