"Samsung" sözügedən aparatı Cənubi Koreyada sentyabrın əvvəlində təqdim etməyi planlaşdırır.
Məktəb mövsümünün başlanması ərəfəsində internetdə uşaq auditoriyası üçün nəzərdə tutulmuş yeni "Galaxy Tab 3 Kids" (SM-T2105-in) planşeti haqqında informasiya yerləşdirilib.
Mənbələrin məlumatına görə, "Samsung" sözügedən aparatı Cənubi Koreyada sentyabrın əvvəlində təqdim etməyi planlaşdırır.
"Galaxy Tab 3 Kids" (SM-T2105) "Galaxy Tab 3 7.0 Wi-Fi" planşetinin versiyasıdır. Dəyişikliklər qurğunun görünüşü ilə bağlıdır.
"Galaxy Tab 3 Kids" planşeti "WSVGA" (1024×600 nöqtə) təsvir ölçülü 7 düymlük sensor ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 1 Qiqabayt əməli yaddaş qurğusu, 8 Qiqabayt fləş-yaddaş, "microSD" yaddaş kartları üçün slot, həmçinin 4000 milliamper/saat tutumunda batareya, "Bluetooth", "Wi-Fi" simsiz şəbəkə adapterləri ilə təchiz edilib. Planşetdə iki kamera (3,2 meqapiksellik əsas və 1,3 meqapiksellik ön) mövcuddur.
Qurğu "Android 4.1 Jelly Bean" əməliyyat sistemi ilə işləyir. Həmçinin uşaqlar üçün təhsillə bağlı müxtəlif tətbiqlər mövcuddur. Planşetin qiyməti açıqlanmayıb.
Big.az