Qazaxıstanda futbol fanatının sevimli komandası "Şaxtyor" Qaraqandanın "Seltik" klubuna uduzmasına tab gətirməyib.
Hadisə Taraz şəhərində baş verib.
Qazaxıstan komandasının məğlubiyyətindən sonra oyunu izləyən fanat özünü pis hiss eləməyə başlayıb. Onun üçün təcili yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər ölümü qeydə almaqdan başqa heç nə edə bilməyiblər.
Həkimlərin sözlərinə görə, 56 yaşlı kişi hipertoniyadan əziyyət çəkirdi.
Qeyd edək ki, Çempionlar Liqasınını Pley Off mərhələsi çərçivəsində "Şaxtyor" - "Seltik" matçı ötən gecə keçirilib. Oyun 3:0 şotlandiyalıların qalibiyyəti ilə başa çatıb.
Milli.Az