Bu il Azərbaycandan xaricə təhsil almağa gedən tələbələrə dövlət tərəfindən plastik kartlar veriləcək
30.8.2013

“Bu il xaricdə təhsil almaq üçün tələbələrin seçimi tam bitdikdən sonra onlara plastik kartlar veriləcək. Bu plastik kartların verilməsi onların təqaüdlərinin gecikməsinin qarşısının alınması üçündür”.

Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov ASAİF-in “XI Yay Forumu”nda çıxışı ZAMANI DEYİB.

O bildirib ki, xaricdə təhsil aldıqdan sonra vətənə qayıdan məzunlar cəmiyyətə tam inteqrasiya olmalıdır: “Mən həmin məzunlarla tək-tək görüşməyə hazıram. Onlar vətənə döndükdən sonra istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar”.

APA