Azərbaycanın orta məktəblərində sentyabrın 16 -da ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr ediləcək.
Bunu Bakıda ASAİF-in XI Yay Forumunda sualları cavablandırarkən təhsil naziri Mikayıl Cabbarov bildirib.
M.Cabbarovun sözlərinə görə, bununla bağlı bağlı müvafiq əmr hazırlanır və sənədin gələn həftə imzalanması nəzərdə tutulur: "Hazırda belə bir əmr hazırlanır ki, ilk dərslər vətənpərvərlik, mənim ölkəm, mənim kəndim, mənim şəhərim mövzularında olsun"
Nazir qeyd edib ki, bu işdə tək müəllim ordusu ilə məhdudlaşmayaraq bu sahədə könüllü kimi iştirak etmək insanların da cəlb olunması alqışlanır.
Sualları cavablandıran M.Cabbarov həmçinin deyib ki, təhsilin bütün pillərərində yalnız bilik fərqləndirici amil olmalıdır.
Trend