Qoç - Bu gün çox işləməli, vacib məsələləri həll etməli olacaqsınız. Ətrafdakılar sizə yalnız uğur arzulamaqla kifayətlənəcəklər və çətin ki ağıllı-başlı məsləhət versinlər. Heç kim vəziyyətdən sizin qədər yaxşı başa çıxara bilməyəcək. Tək özünüzün yox, həm də başqalarının səhvlərinə, buraxdığı boşluqlara görə məsuliyyəti siz daşımalısınız. Bu, çox böyük əsəbilik yaradacaq.
İntellektual məsələlərin həlli günü bir qədər yaxşılaşdıra bilər. Təhsildə və tədqiqat işlərində əhəmiyyətli uğurlar qazanmaq olar. Emosional fon sabit deyil. Hətta, sevdiyiniz alamlarla da yola getməkdə çətinlik çəkəcəksiniz.
Buğa - Xoşagəlməz səfər etməli olacaqsınız və bu, çox vaxtınızı alacaq. Bu səfərin nəticəsi sizi məyus etməyəcək, üstəlik, özünüzlə qürur duymaq üçün əsasınız olacaq. Yeni tanışlıqlar mümkündür. Yalnız ehtiyatlılıq nümayiş etdirməklə bu tanışlıqlardan fayda əldə edə bilərsiniz. Çünki bu gün ətrafınızda birlikdə iş görməyin məsləhət olmadığı adamların sayı çoxdur.
Günün ikinci yraısında qohumlarınız tərəfindən sevindiriləcəksiniz. Onlar ünsiyyət yaxşı ovqat mənbəyi olacaq. İstənilən birgə layihələr uğurlu alınacaq.
Əkizlər - Günün birinci yarısı əlverişsiz keçəcək. Demək olar ki, hamı ilə küsüşəcəksiniz. Özü də heç bir dialoqun baş tutmamasında qətiyyən özünüzü günahlandırmayacaqsınız. Halbuki, həmsöhbətinizi dinləmək zəhmətinə qatlaşsanız, danışıqlar daha müsbət keçə bilər.
Günün ikinci yarısı daha sakit keçəcək.Çünki həyat potensialınız yüksələcək, siz daha az emosional və hirsli olacaqsınız. Əgər bu saatlarda mənəvi rahatlığınıza yardım edə biləcək işlərlə (sadəcə olaraq, həqiqətən xoşunuza gələni seçin) məşğul olsanız, ovqatınız uzun müddət üçün yüksələcək.
Xərçəng - Uğurlu gündür. Günün birinci yarısı əla ideyalar vaxtıdır. Yeni etibarlı və sədaqətli müttəfiqlər tapacaqsınız. İstənilən vəziyyətdə onlara bel bağlamaq olar. Bu gün bütün yeni başlanğıclarda liderlik sizdə olacaq.
Günün ikinci yarısı o qədər faydalı olmasa da, xoş məşğuliyyətlər üçün idealdır. Bu gün bütün zəifliklərinizə göz yuma və buna görə pis heç nə baş verməyəcəyinə əmin ola bilərsiniz.
Şir - Günün əhəmiyyətli hissəsini uzaq gələcəklə bağlı söhbətlərə həsr edəcəksiniz. Qeyd etmək lazımdır ki, bu söhbətlər o qədər də xoş olmalacaq. Sizin planlarınızı, baxışlarınızı və nöqteyi-nəzərinizi heç də hamı bölüşməyəcək. Filosofcasına sakitliyini qorumağa çalışın, mübahisələrə girişməyin. Hadisələrin sonrakı inkişafı kimin haqlı olduğunu göstərəcək.
Sevdiyiniz şəxslə yola getmək asan deyil. “Yarı”nız sizi başa düşmür. Bu isə o deməkdir ki, hissləriniz, sizi təlaşlandıran şeylər barədə danışmağa hazır olmalısınız. Ən əsası bunu dostcasına etməkdir ki, əlavə incikliklər yaranmasın.
Qız - Sizin üçün çox çətin olacaq. Gün əlverişsiz emosional fonu ilə seçiləcək. İstənilən səbəbdən əsəbilik yaranacaq. Nəticədə uzun müddət və inadla münasib qurduğunuz, ortaq dil axtardığınız adamla aranızda ciddi münaqişə yarana bilər.
Düşünülməmiş qəbul edilən qərar ciddi maliyyə itkiləri ilə nəticələnəcək. Sonradan pullar sizə qayıdacaq. Amma onlarsız qaldığınız müddət çox uzun və acı keçəcək. Qiymətli mülklə bağlı məsələləri müzakirə etmək məsləhət deyil.
Tərəzi - Günün əhəmiyyətli hissəsini başqalarının problemlərinin həllinə həsr edəcəksiniz. Əziyyət çəkənlərə təsəlli verməli, ruhdan düşənləri dəstəkləməli olacaqsınız. Bu, ciddi enerji itkisi ilə nəticələnəcək və bəzi hallarda gücdən düşdüyünüzü hiss edəcəksiniz.
Həkimlərin yazmadığı dərmanları qəbul etmək, qida ilə eksperiment aparmaq məsləhət deyil. Allergik reaksiyalar mümkünlür, zəhərlənmə də istisna deyil. Gün asan işlər üçün əlverişlidir. Ailəli Tərəzilər günün ikinci yarısını çox yaxşı keçirəcəklər.
Əqrəb - Günün birinci yarısında sizi böyük uğur gözləyir. Bu vaxt istənilən məsələnin həlli üçün münasibdir. Abstrakt mövzularda söhətlər sizi əsəbiləqdirəcək.
Günün ikinci yarısı xırda sevinclər, uğurlu təsadüflər vaxtıdır. Ovqatınız əhəmiyyətli dərəcədə yaxşılaşacaq, müsbət emosiyaları yaxınlarınızla bölüşmək istəyəcəksiniz.
Oxatan - Gün sevindirməyəcək. O, təkcə narahatlıq və təlaş yox, həm də təcili həllini tələb edən çətin işlər gətirəcək. İşgüzar aktivlik aşağı səviyyədə olacaq və özünüzü hansısa faydalı işlə məşğul olmağa məcbur etməli olacaqsınız. Həmişəkindən daha tez yorulacaqsınız. Günün ikinci yarısında nasazlıqlar mümkündür.
Səfərlərdə ehtiyatlı olmaq lazımdır. İdmanla məşğul olmaq məsləhət deyil. İti alətlərlə işləri təxirə salsanız yaxşıdır. Xoşagəlməz hadisələr mümkündür və nəticədə yüngül xəsarət ala bilərsiniz. Günün müsbət tərəfi yaxın insanlar arasında qarşılıqlı anlaşmadır.
Oğlaq - Günün birinci yarısında gərgin və birmənalı olmayan vəziyyət yaranacaq. Çətin vəzifənin öhdəsindən gəlmək üçün zəhmət çəkmək lazım gələcək. Təkcə yaxşı nəticəyə nail olmalı yox, həm də bunu elə etməlisiniz ki, başqalarının maraqlarına toxunmayasınız. Yaşoı insanlarla mübahisələr mümkündür.
Günün ikinci yarısı özünüzdən daha çox yaxınınız barədə düşünmək vaxtıdır. Onun sizin qayğınıza və müdafiənizə ehtiyacı olacaq. Çətinliklərə baxmayaraq, yaxşı ovqanıtınız qoruya biləcəksiniz.
Dolça - Günün birinci yarısı gözlənilməz, təəccüblü, amma çox vacib informasiya gözlənilir. Heç nəyi diqqətdən yayındırmamaq çox vacibdir. Unutmayın ki, bu gün öyrəndikləriniz mütləq lazımınız olacaq. Çətin iş üçün münasib gündür.
Axşam yaxınlaşdıqca həyat potensialınız enəcək. Ona görə də günün ikinci yarısına yorucu əyləncələr təyin etməmək məsləhətdir. Axşam kiçik gəzintiyə çıxmaq yaxşıdır. Tez yatmaq da pis olmaz.
Balıqlar - Ayaq üstdə çox vaxt keçirməli olacaqsınız. Gün çoxsaylı qayğı və işlərlə zəngindir. Kömək gələcək. Amma günün ikinci yarısında. Bu vaxta qədər işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Ciddi xərclər mümkündür. Əhəmiyyətli məbləği itirməyiniz də istisna olunmur.
Orqanizminizə ehtiyatla yanaşmağınız çox vacibdir. Günün ikinci yarısı ünsiyyət üçün əlverişsiz dövrdür.
Milli.Az