ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanın ikinci telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün “Azərkosmos” ASC-yə qrant ayırmağa hazırlaşır.
Artıq bununla bağlı avqustun 28-də USTDA-nın direktoru Leocadia İ.Zak və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov arasında saziş imzalanıb.
Agentliyin ayırdığı qrant “Azərkosmos”a ikinci telekommunikasiya peykinin alınması, maliyyələşdirilməsi, orbitə buraxılması və istismarı ilə bağlı iqtisadi, texniki və maliyyə məsələləri müəyyənləşdirmə imkanı verir.
USTDA-nın direktoru Azərbaycanın regionda şəbəkə və rabitə əlaqələrini inkişaf etdirməyə imkan verən bu layihəni dəstəkləməkdən məmnun olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan ikinci telekommunikasiya peykini 2016-cı ildə orbitə çıxarmağı planlaşdırır.
Gün.Az