Azərbaycan ərazisində bayram günləri üçün hava proqnozu açıqlanıb
30.12.2011

Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə havanın tutulacağı gözlənilir. Arabir güclənən cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
2012-ci il yanvarın 1-də səhər və axşam havanın tutqun, bəzi yerlərdə dumanlı, zəif çiskinli olacağı, gün ərzində isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 31-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.
2012-ci il yanvarın 1-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, çiskin müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı proqnozlaşdırılır.