Sentyabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sentyabrın 3-də əsasən gecə və axşam Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrdə qısa müddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 6-dək Abşeron yarımadasına atmosfer təzyiqinin tərəddüdü, sentyabrın 2-si və 5-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
APA