Türkiyədə keçiriləcək beynəlxalq festivalda Azərbaycanın zəngin mətbəxi nümayiş olunacaqdır
2.9.2013

Sentyabrın 6-dan 15-dək Türkiyənin Ankara şəhərində IX Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalı təşkil ediləcəkdir.
Türkiyə KİV-lərinə istinadən verilən xəbərə görə, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan Türkmənistan, İraq, Şimali Kipr və digər ölkələrə xas yeməklər nümayiş olunacaqdır.
Məqsəd müxtəlif ölkələrin zəngin mətbəxini təbliğ etmək, unudulmuş yemək ləzzətlərini təkrarən xatırlamaq və yeni yeməkləri araşdırmaqdır.
Festival çərçivəsində aşpazlar arasında “Anadolu ləzzəti” adlı müsabiqə keçiriləcəkdir. Tədbir iştirakçıları yemək, xəmir işi və şirni kateqoriyalarında bacarıqlarını nümayiş etdirəcəklər. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Festivala gələnlər müxtəlif ölkələrin yeməklərini dada biləcəklər.

AzərTAc