1 sentyabr 2013-cü il tarixindən etibarən, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2013-cü il 19 aprel tarixli qanunun tətbiqinə başlanılır.
Yeni qanuna görə, artıq ümumvətəndaşlıq pasportunu (xarici pasportu) vətəndaşlar müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda (“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında) isə iki iş günü müddətində ala bilərlər.
Eyni zamanda "Dövlət rüsumu haqqında" qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində də verilir.
Həmçinin 15 yaşına çatmış vətəndaşlardan əl-barmaq izi götürüləcəkdir.Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə yeni qiymətlər müəyyən olunub.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə qiymətlər:
On iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan
Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi,
yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı
hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
|
|
- bir yaşınadək uşaqlar üçün
|
10 manat
|
- bir yaşından üç yaşınadək uşaqlar üçün
|
20 manat
|
- üş yaşından on səkkiz yaşınadək uşaqlar üçün
|
30 manat
|
- on səkkiz yaşına çatmış vətəndaşlara
|
40 manat
|
Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
|
|
-bir yaşınadək uşaqlar üçün
|
20 manat
|
- bir yaşından üç yaşınadək uşaqlar üçün
|
40 manat
|
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
|
60 manat
|
- on səkkiz yaşına çatmış vətəndaşlara
|
80 manat
|
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
|
|
- bir yaşınadək uşaqlar üçün
|
40 manat
|
- bir yaşından üç yaşınadək uşaqlar üçün
|
80 manat
|
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
|
120 manat
|
- on səkkiz yaşına çatmış vətəndaşlara
|
160 manat
|
publika.az