Araşdırma rəhbəri, psixoloq Nedim Mermerci bildirib ki, həftə ərzində ən
azı 6 serial izləyən ailələrdə ər-arvad arasındakı münasibətləri təhlil
ediblər.
Rəyi soruşulan kişilər bildirib ki, qadınlar sevdikləri serialın
yayımlandığı gün və saatda çox tolerant, sevincli olurlar. Həmin gün
axşam yeməyinə dadlı təamlar hazırlayan qadınlar bununla ailənin damaq
zövqünü də nəzərə alırlar.
Tamamən seriala fokuslanan qadın eyni zamanda əri ilə hansısa münaqişəyə
girmir, onun evə gec gəlməsi, ya da gün ərzində telefon zənginə cavab
verməməsinə görə dava salmır.
ANS PRESS