“İlin paltarı 2013” milli müsabiqəsi keçiriləcək
2.9.2013

Sentyabrın 6-da ənənəvi “İlin paltarı” milli müsabiqəsi keçiriləcək.

Azərbaycan Moda Asossiasiyasının rəhbəri Zamir Hüseynovun verdiyi məlumata görə, bu dəfə müsabiqədə iştirak edəcək 11 modelyer 20 geyim nümayiş etdirəcək.

Münsif üzvləri hər zaman olduğu kimi, bu dəfə də müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri olacaq. Müsabiqənin qalibi Azərbaycanı Avropada və Asiyada keçirilən beynəlxalq festivallarda təmsil etmək imkanı qazanacaq.

Bundan başqa, qalib oktyabrda Moskvada keçiriləcək “Русский силуэт” (“Rus silueti”) beynəlxalq müsabiqəsində iştirak etmək şansı qazanacaq.

Müsabiqə Moda Asossiasiyasının təşkilatçılığı ilə 1998-ci ildən keçirilir.


gun.az