112 meymun “aksiya” keçirir - FOTO
2.9.2013

Hollandiyada “Emmeye Dieren” zooparkında 112 babun meymunu “aksiya” keçirir.

Bu meymunlar günlərdir heç bir şey yemədən kürəklərini ziyarətçilərə dönərək oturur, ağaclara çıxmırlar. Zooparkın səlahiyyətliləri 20 il ərzində babunların 4 dəfə belə “aksiya” keçirdiyini deyiblər.

Mütəxəssislər babunların nə üçün ziyarətçilərə baxmadıqlarını, məhz kürəklərini dönərək oturduqlarını araşdırır.