Azərbaycan paytaxtının böyük hissəsini çörək və un məmulatları ilə təmin
edən Bakıxanov Çörək Zavodu çörəyin qiymətini aşağı salıb. Bu
barədə Bakıxanov Çörək Zavodunun direktoru Rasim Nəbiyev məlumat verib.
R.Nəbiyevin sözlərinə görə, 720 qramlıq çörəyin qiyməti 35
qəpikdən 30 qəpiyə endirilib. Çörəyin ucuzlaşmasının səbəbi unun
topdansatış qiymətinin enməsidir.
Zavod direktoru əlavə edib ki, son günlərdə unun 50 kq-lıq standart kisəsinin qiyməti 14,6-14,8 manatdan 13,6 manata enib.
APA