Moskvanın yerüstü nəqliyyatında pulsuz “Wi-Fi” sınaqlarına başlanmışdır
3.9.2013

Moskvanın bir sıra yerüstü nəqliyyat marşrutlarının sərnişinləri artıq pulsuz simsiz internetdən istifadə etmək imkanı əldə etmişlər.
Moskva Nəqliyyat Departamentindən verilən məlumata görə, şəhər üzrə hərəkət edən 25 avtobus, trolleybus və tramvayda “Wi-Fi” texnologiyasına çıxış nöqtələrinin sınağına başlanılmışdır.
Sınaqlar yarım il davam edəcək və bundan sonra layihənin gələcək inkişafı ilə bağlı qərara qəbul olunacaqdır. Hərəkətdə olan nəqliyyat vasitələrində “CDMA-450” şəbəkəsinin siqnalını qəbul edən və ötürən, onu abunəçi qurğularına “Wi-Fi” şəklində paylayan routerlər quraşdırılmışdır.

Azərtac