Azərbaycan ərazisində mülayim hava şəraiti sentyabrın 5-dək davam edəcək
3.9.2013

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, sentyabrın 3-dən 5-dək respublika ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Bir çox Aran rayonlarda əkinlərin suvarmaya ehtiyacı saxlanılacaq. Axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Belə yağıntılar bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq.

APA