23-25 sentyabr tarixlərində III Bakı Beynəlxalq Sərgi-Yarmarkası keçiriləcək.
Sərgi-yarmarka Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. Sərgidə ölkə nəşriyyatlarında, eləcə də xarici nəşriyyatlarda nəşr olunan kitablar, poliqrafiya məhsullarını nümayiş ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, sərgi-yarmarkada iştirak edəcək ölkələrin siyahısı dəqiqləşdirilir və sentyabrın 15-nə kimi həmin ölkələrin adları, təmsil olunan nəşriyyatlar elan olunacaq.
III Bakı Beynəlxalq Sərgi-Yarmarkasında nəşriyyatlar çap etdikləri kitabları satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edəcəklər.
APA