Sualtı rəsmin sirri açıldı
3.9.2013

Dağıc Yoki Ookata keçən il dənizin altında qəribə rəsm görərək foto çəkdi.

Çəkdiyi foto böyük qalmaqala yol açdı. Çoxları bunun uçan naməlum obyekt olduğunu dedilər. Alimlər isə araşdırmalara başladılar. Nəticə isə heyrətləndirdi.

Belə ki, araşdırmalardan sonra məlum olub ki bu sirli rəsm sadəcə olaraq kirpi balığının inşa etdiyi yuvadır. Kirpi balığı yumurtalarını axıntılardan qorumaq üçün belə qəribə yuva inşa edibmiş.

Balığın bu qədər mükəmməl bənnalığı görənləri heyrətləndirdi.

publika.az