Ekspertlər turistlər üçün payız ayında ən yaxşı yerlərin siyahısını hazırlayıblar.
Payız ayında isti dəniz və yaxşı əhval-ruhiyyəni Kanar adaları, Portuqaliyada Madeyra adası, Çində Haynan təmin edir. Ekspertlər deyirlər ki, əgər eqzotik məkanlara getmək istəyənlər İndoneziya, Fransız Polineziyası, Braziliya, Tayland, Hindistan, Kuba və Meksikaya gedə bilərlər.
Oktyabr ayı üçünsə ən yaxşı çimərlik vaxtı Tunisdir. Oktyabrda İsraildə çimərlik sezonu artıq bitir.
Amma Qırmızı dənizdə və Ölü dənizdə əsl istirahət vaxtıdır. Ekspertlər həmçinin Oktyabrda Avstraliyanı və Taitini səyahət etməyi məsləhət görürlər.
Noyabr cənubi Afrika ölkələrinə səyahət üçün ideal zamandır. Həmçinin Hollandiyada keçiriləcək gül bayramında da istirahət etməyə dəyər.
publika.az