Türkiyənin Mədəniyyət və Turizm Naziri Ömer Çelik rejissor Yılmaz Erdoğanın çəkdiyi “Kelebeğin rüyası” filminin Oskara namizəd olduğunu bildirib.
Çelik xəbəri tvitterdən bildirib. O yazıb: “Yılmaz Erdoğanın yazıb çəkdiyi, Nazirliyin dəstəklədiyi “Kelebeğin rüyası” filmi Oskara namizəd olaraq müəyyən edildi. Təbriklər”.
Gənc yaşda vərəmdən ölən şairlər Rüştü Onur və Muzaffer Tayyip Uslunun həyat hekayəsindən bəhs edən Yılmaz Erdoğanın yeni filmi fevral ayında çıxıb. 1941-ci ilin Türkiyəsini, İkinci Dünya Müharibəsi dövrünü əhatə edən filmdə iki şairin həyat və eşqlə mübarizələrindən bəhs edilir.
Filmdə Kıvanç Tatlıtuğ, Belçim Bilgin, Mert Fırat, Zeynep Farah Abdullah və s. məşhur aktyorlar rol alıblar.
Video
publika.az