Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam buludluğunun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, günün birinci yarısında 24-28 dərəcə, axşama doğru 24 dərəcə olacaq.
Sabah Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
APA