Qurban bayramı hansı gün qeyd olunacaq?
4.9.2013

Nazirlər Kabineti həftənin iş gününə düşən bayramla bağlı açıqlama verib.

Müsəlman aləminin müqəddəs bayramlarından olan Qurban bayramı həftənin ortasında qeyd olunacaq

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

Bayramın qeyd olunacağı 15-16 oktyabr tarixləri həftənin 2 və 3-cü günlərinə düşdüyü üçün tətil günləri ilə bağlı heç bir dəyişklik olmayacaq.

Oxu.az