9 yaşlı qız və 11 yaşlı oğlanın toyu - VİDEO
5.9.2013

Misirdə keçirilən bir nigah böyük qalmaqal yaradıb.

El-Mansur şəhərinin yaxınlığında yerləşən bir kənddə 11 yaşlı oğlanla 9 yaşlı qızın toy mərasimi keçirilib.

Belə ki, beşinci sinif şagirdi Ömər və 9 yaşlı qızın toyu avqustda olub. Toyun videosu isə bu günlərdə yayılıb. Videoda smokinq geyinmiş bəylə, gəlinlik paltarında olan qız toy rəqsi edirlər.

Ölkə qanunlarına görə isə yalnız 18 yaşına çatmış şəxslər evlənə bilərlər. İnternet istifadəçiləri videoda şərhlərdə yazıblar ki, paytaxtdan cəmi 100 kilometr kənarda orta əsr ənənələri keçir.

Bununla yanaşı gəlinin və bəyin valideynləri nəyi düzgün etmədiklərini anlaya bilmirlər və toyun görüntülərini də böyük sevinclə bölüşürlər.

VİDEO

Publika.az