Prezident İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir - FOTO
5.9.2013

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

AzərTAc