Vaxtilə dünyanın mobil telefon bazarının şəksiz lideri, ən populyar mobil telefonların istehsalçısı Nokia ağır günlərini yaşayırdı.
Son iki ildə sürətlə böyüyən smartfon bazarında Apple, Samsung, sonra da Sony, LG korporasiyalarına uduzan Nokia satılıb.
Finlandiya korporasiyasını ABŞ-ın Microsoft korporasiyası satın alıb. Bill Geytsə mənsub korporasiya Nokia üçün 7,17 milyard dollar ödəyib.
Microsoftun öləyəcəyi 5,44 milyard avro, yəni 7,17 milyard dolların 3,79 milyard avroluq məbləği Nokia-nın cihazlar və xidmətlər departamentinin satın alınmasına ayrılıb.
Yerdə qalan 1,65 milyard avro isə Nokia-ya məxsus patentlərə ödənilib.
Microsoft və Nokia 2011-ci ildə əməkdaşlığa başlamışdılar.
Big.az