Van Qoqun əkiz əsərləri sərgiləndi
5.9.2013

Məşhur rəssam Vinsent Van Qoqun “Arlada yataq otağı” əsərinin iki versiyası Amsterdamda sərgilənib.

Van Qoqun yüz illik ad gününə həsr edilmiş sərgidə əkiz əsərlər nümayiş edilib.

Van Qoq əsərin ilk versiyasını 1888-ci ildə çəkib. Rəssam rəsmi bir həftəyə çəkib və razı qalıb. İkinci rəsm bir ildən sonra çəkilib. Həmin vaxtlar Van Qoq Sen-Remi ruhi xəstəxanasında olub. O qardaşı Teodan xahiş edib ki rəsmin birinci variantını gətirsin çünki onu köçürmək istəyir. Sonuncu dəfə əsər 1990-cı ildə Avropada sərgilənib.

publika.az