Amerikalı yazıçı vəfat etdi
5.9.2013

Amerikalı yazıçı-fantast Frederik Pol vəfat edib.

Yazıçı Çikaqoda yerləşən evində keçinib. Onun 93 yaşı vardı. Ölüm səbəbi isə nəfəs çatışmazlığı olub.

Frederik Pol 1919-cu ildə Nyu-Yorkda anadan olub. 19 yaşında o Ayzek Azimov, Siril Kornblat və Deymon Naytla birlikdə Futuriançlar cəmiyyətini yaradıb. Sonradan Pol Ayzek Azimovun və digər yazıçıların ədəbiyyat agenti olub.

1954-1991-ci illərdə Pol Amerikalı fantast Cek Uilyamsonla birlikdə çalışıb. Onlar birlikdə üçlü əsər yazıblar. Polun ən məşhur əsəri 1977-ci ildə dərc edilmiş “Darvaza” əsəri hesab edilir.

publika.az