Rusiyanın Tomsk vilayət heyvanat parkının rəhbərliyi zoopark sakinləri üçün qeyri-adi əyləncə təşkil edib.
İndi heyvanlar boulinq və keqli oynayırlar.
Oyuna Amur pələngi Lotos, Uzaq Şərq bəbirləri Yenisey, Adel və Zemfira, Panter Baqira və Qrek ləqəbli puma cəlb olunublar.
“Belə ki, onlar daha çox axşamlar və gecələr kürənin dalınca qaçmağı sevirlər. Gecələr növbə çəkən əməkdaşlar danışırlar ki, vəhşi pişiklər əylənmək arzusuna düşdükdə zooparkda gurultu qopur, insanlar heyvanların darıxmaması üçün nələrə əl atmırlar”, - deyə parkın mətbuat xidmətindən bildiriblər.
Gün.Az