“Mahmud və Məryəm” filminin təqdimatı olacaq
6.9.2013

2013-cü il sentyabr ayının 26-da Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin birgə istehsalı olan, Xalq Yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin təqdimatı olacaq.

İki gəncin nakam məhəbbətindən bəhs edən filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Türkiyənin "24 Kare" şirkəti və Azərbaycanın "Salnamə" studiyası tərəfindən ekranlaşdırılan filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.

Çəkilişlərinə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.

Türkiyədən filmin yaradıcı heyətinin də iştirak edəcəyi təqdimatın ertəsi günündən başlayaraq film Nizami Kino Mərkəzində nümayiş olunacaq.