Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılmışdır - FOTO
6.9.2013

Sentyabrın 5-də Dənizkənarı bulvarın yaxınlığında yerləşən Dəniz vağzalının salonunda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılmışdır.

Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışmış, yarmarkanın əhəmiyyətindən bəhs etmişdir.

Yarmarkanın açılış mərasimində çıxış edənlər də ölkədə arıçılığın inkişafından və bu sahədə görülən işlərdən danışmışlar. Məlumat verilmişdir ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür.

Sonra satış-sərgisi ilə tanışlıq başlanmışdır.

Yarmarka oktyabrın 5-dək davam edəcəkdir.

AzərTAc