Qoç – Bu gün bol təəssürat yaşayacağınız bir gündür. Bunların bəziləri görüşlər və maraqlı tanışlıqlarla əlaqəlidir. Çox aludə olub başınızı itirməyin. Bu gün istəklərinizlə reallıq arasındakı sərhədi gözünüz görmür və bu səbəbdən yanılmaq ehtimalınız böyükdür. Böyük xərclər gözlənilir. Yalnız ehtiyacınız olan əşyaları alın.
Günün ikinci yarısı ala biləcəyiniz xoşagəlməz xəbərlər nəinki əhvalınızı, hətta səhhətinizi korlaya bilər. Kömək üçün dostlarınıza müraciət edin.
Buğa – Bütün ciddiyyətinizlə işə girişsəniz, böyük uğurlar qazana bilərsiniz. Həyat eşqiniz və nikbinliyiniz sizi istənilən məclisin ulduzuna çevirəcək, odur ki, yeni tanışlıqlardan imtina etməyin. Nüfuzlu insanlarla görüş çox yerinə düşəcək. Faydalı əlaqələr qura biləcəksiniz. Yaradıcı və intellektual fəaliyyət üçün əla vaxtdır. Sadəcə, xırdalıqlara diqqət yetirməyiniz kifayət edər.
İstənilən yenilik, o cümlədən şəxsi həyatınızda da, xoş nəticələr verəcək. Ancaq əvvəlcədən yarınızla məsləhətləşib, ondan çox şey istəyib-istəmədiyinizə əmin olun.
Əkizlər – Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və müxtəlif fəaliyyət sahələrində özünüzü ən yaxşı tərəfdən göstərmək şansınız yaranır. Potensialınız və yaradıcı qabiliyyətiniz çox yüksəkdir. Əkizlər bu gün seksual bacarıqları ilə də heyrətləndirəcəklər.
Kişi Əkizlər yeni bir işə girişmədən öncə başladıqları digər işləri bitirsələr, yaxşı olar. Qadınlarsa əsasən müunasibətlərin inkişafı ilə məşğul olacaqlar. Müəyyən miqdarda pul almağınız mümkündür ki, onu da şəxsi biznes açmağa və ya mövcud olanı genişləndirməyə xərcləyə bilərsiniz. Xüsusilə günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən çəkinin.
Xərçəng – Bu gün mənfi yüklü hadisələrə reaksiyanız daha güclüdür. Pis fikirləri başınızdan qovun. Nikbin olanlar böyük uğur qazanacaqlarına ümid edə bilərlər. Bunun üçün bir az da əmək sərf etmək və tərəfdaş tapmaq lazımdır.
Ətrafınızda baş verənləri diqqətlə izləyin, ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlər sizə yeni və maraqlı ideyalar verə, gələcək üçün planlar qurmağınıza yardımçı ola bilərlər. Ancaq nəbadə planlarınızdan kiməsə bəhs edəsiniz: paxıllığınızı çəkənlərin gözünə yuxu getmir.
Şir – Gün təzadlıdır: daxili rahatlığınız sabit olmayacaq, yaxınlarınızla mübahisədə öz nöqteyi-nəzərinizi dəfələrlə müdafiə etməli olacaqsınız. Əhvalınızın sabitliyi ilə də öyünə bilməzsiniz – kədər və şənlik bir-birini səbəbsiz yerə və çox sürətlə əvəz edir. Yaxşı olar ki, dükan-bazar gəzib alver etməyəsiniz, bədxərcliyinizin nəticəsi pis ola bilər.
Günün ikinci yarısı yaxınlarla, xüsusən sevdiyinizlə mübahisə gözlənilir. Səhhətinizə diqqət edin, xroniki xəstəlikləriniz güclənə bilər.
Qız – Sizi bu gün flirt gözləyir – asanlıqla vurulur və eyni müvəffəqiyyətlə də insanları özünüzə aşiq edirsiniz. Ancaq hisslərinizi hədər sərf etməyin: bu sizin özünüzə inamınızı bir qədər laxlada bilər. Üstəlik, alışqanlığınız gözlədiynizdən daha güclü ola bilər, həmçinin seçdiyiniz insanın da etibarlı olduğuna heç kim və heç nə zəmanət vermir.
Dost və uzaq qohumlarla ünsiyyəti günün iukinci yarısına planlaşdırın. Çünki bu zaman ətrafdakılarla daha yaxşı dil tapmaq iqtidarında olacaqsınız. Gün ərzində gələcəkdə öz xeyrinizə istifadə edə biləcəyiniz xeyli faydalı məlumat ala bilərsiniz.
Tərəzi – Fantaziyanızı məhdudlaşdırmayın. Orijinal ideyalar yaradıcılıqda xeyli irəliləməyinizə kömək edəcək. Tələbə və müəllimlər üçün uğurlu gündür. Həmçinin biznesmenlər də bu gün şikayət etməyəcəklər. Bircə əmma var: heç bir halda ancaq öz mənafeyinizi güdməyin.
Maliyyə vəziyyətinizin yaxşılaşması, yeni gəlir yerlərinin tapılması ehtimalı var. Fəaliyyətlərini kökündən dəyişdirmək istəyənlərin qərarı heç də səhv olmayacaq. İntuisiyanıza güvənməyin, əgər öz məntiqinizlə hərəkət etməyə alışmamısınızsa, dostlarınızla məsləhət edin.
Əqrəb – Yaxşı olar ki, uzaq səfərləri təxirə salıb günü evdə keçirəsiniz. Mübahisəli şərait, xəstəlik və travma riski çoxdur. Əlbəttə ki, bunlardan çıxış edərək günün sonunadək nikbin qalmaq bir qədər çətin olacaq. Bu gün məşğul olacağınız bütün işlərdə dəqiqlik və səliqə tələb olunur.
Axşama doğru ətrafınızdakılarla münasibətləriniz bir qədər ahəngdar yöndə inkişaf edəcək. Köhnə inciklikləriniz keçmişdə qalır. Sizə xas prinsipiallıq və möhkəmlik gələcəkdə sizə köməyi dəyəcək nüfuzlu şəxslər tərəfindən yüksək qiymətləndiriləcək.
Oxatan – Bu gün yaxşı olar ki, iş görməyəsiniz: diqqətinizi cəmləmək çətindir, həllini gözləyən problemlər sırasından birini seçib işə başlamaq isə daha də qəlizdir. Ailədə və qohumlarla mübahisələr gözlənilir. Bu gün başqalarının işlərinə qarışmaqdan sığortalanmamısınız. Şərait elə gətirəcək ki, peşə vəzifələrinizi yada salmalı olacaqsınız.
Gün gərgin keçəcəyindən sağlamlığınıza diqqət yetirməyiniz məsləhətdir. Xüsusilə yeməyinizə diqqət edin, soyuqdan və infeksiyalardan qorunun.
Oğlaq – Köhnə tanış və dostlarınızla görüş, əyləncəli tədbirlərə dəvət gözlənilir. Ola bilsin ki, qarderobunuzu yeniləmək, yaxud mənzilinizi abadlaşdırmaq fikrinə düşəsiniz. İstənilən halda, böyük məbləğdə pul xərcləsəniz, təəccüblənməyin. Kənardan kömək gözləməyin, özünüzə güvənin.
Axşamı sakit, adət etdiyiniz şəraitdə keçirməyə çalışın. Həddən artıq həyəcan tələb edən situasiyalardan qaçın. Emosiyalarınızı cilovlamaqla özünüzü və yaxınlarınızı artıq stresdən qoruyun.
Dolça – Bu gün gələcək həyatınızda böyük rol oynayacaq xoş bir xəbər alacaqsınız. Yeni bir kəşf etmək həvəsi bütün hərəkətlərinizə sirayət edəcək, çoxlarına isə bu, yüngüllük təsiri bağışlayacaq. Hətta işgüzar xarakter daşısa belə, istənilən təklifə "yox" deyin, çünki qəti qərar qəbul olunanadək aradan hələ "çox sular axacaq".
İnsanlarla ünsiyyətdə bir az təmkinli olun, emosiyalarınıza nəzarət edin. Öz mövqeyinizi inadla müdafiə etməyə çalışmayın, çox güman ki, yanılırsınız, səhvinizi isə sonra boynunuza almaq çətin olacaq.
Balıqlar – Bir yerdə dura bilmirsiniz: yaradıcı təxəyyülünüz və qaynayan enerjiniz sizi yeni işlərə başlamağa, gələcək üçün planlar qurmağa təhrik edir, bu gün qəbul ediləcək qərarlara tənqidi yanaşın, çünki imkanlarınızı düzgün qiymətləndirməməyə və kor-koranə uğura inanmağa meyllisiniz. Yalnız öz gücünüzə arxalanıb, həmfikirlərinizin köməyindən imtina etsəniz, aldanmaq riskiniz böyüyəcək.
Hər hansı bir işə başlamazdan öncə qohumlarınız, ya dostlarınızla onu müzakirə edin. Seksual kontaktlar, xüsusən də, təsadüfi görüşlər üçün uyğun gün deyil.
Milli.Az