Böyük Britaniyanın “Atkins” şirkətinin işləyib hazırladığı “Bakı Ağ şəhər” layihəsinə əsasən, Yaşıl Ada ərazisində fransız üslubunda 7 mərtəbəli “Paris evləri” yaşayış kompleksi inşa olunur.
“Bakı Ağ şəhər” layihəsinin mətbuat xidmətindən bildirilmişdir ki, kompleks metronun “Xətai” stansiyasının yaxınlığında, Nobel və Babək prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsində salınır. Sakinlərin rahatlığı üçün kompleksin ərazisinin 70 faizi böyük və yaşıl həyət, köşklər və uşaq oyunları meydançası üçün ayrılmışdır. Burada, həmçinin beynəlxalq standartlara uyğun 71 yeraltı və 55 yerüstü avtomobil dayanacağı inşa ediləcəkdir.
Zəlzələyə davamlı müasir yaşayış kompleksi 92 mənzildən ibarətdir.
AzərTAc