Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib
6.1.2012

Parisdəki məşhur Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib. Layihəyə Azərbaycan da dəstək verib. GoMap Fransa mediasına istinadən xəbər verir ki, islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni guşə bu ilin yayında istifadəyə veriləcək.
Luvr muzeyinin direktoru Henri Luaret bildirib ki, 2005-ci ildən icrasına başlanan yeni layihənin dəyəri 98,5 milyon avro təşkil edir. Layihəni maliyyələşdirən ölkələr arasında Fransa ilə bərabər Azərbaycan, Küveyt, Oman və Mərakeş də var. Səudiyyə şahzadəsi Əl-Vəlid bin Talal isə 17 milyon avro verib. Layihənin başa çatması üçün daha 10 milyon avro tələb olunur.
Yeni guşənin dam örtüyü tikintidə qədim və müasir tendensiyaları özündə ehtiva edir.