“Yandex” şirkətinin tərcümə servisinə 14 dil, o cümlədən Azərbaycan dilini əlavə edilmişdir.
Artıq “Yandex”in tərcümə servisində eston, latış, Azərbaycan, yunan, slovak, sloven, alban, katalon, Makedoniya, fin, macar, Norveç və digər dillər əlavə olunmuşdur.
Beləliklə, “Yandex.Tərcümə” servisi 33 dildə tərcümə emal edə bilər və onlardan istənilən dilə və istənilən dildən bu dillərə tərcümə edə bilər.
Ekspertlərin sözlərinə əsasən, onlayn tərcüməçidə təkcə irland, island və gürcü dilləri yoxdur və bu dillər də yaxın gələcəkdə əlavə ediləcəkdir.
“Yandex.Tərcümə” – sözlərin, söz birləşmələrinin, bütöv mətnlərin, həmçinin veb-səhifələrin avtomatik tərcümə servisidir. Servis “Yandex”də yaradılan maşın tərcüməsi texnologiyasını istifadə edir. Servis mətnin tərcüməsi və veb-səhifənin tərcüməsi rejimlərində işləyir.
AzərTAc