43 yaşında yeniyetmə kimi görünür - FOTO
9.9.2013

Yaponiyalı model Masako Mizutani 43 yaşı olmasına baxmayaraq, hələ də 18 yaşındakı kimi görünür.
Bəzən modelə hətta cadugər belə deyirlər. Lakin o deyir ki bütün gözəlliyin sirri baxımdadır.

Masako 1968-ci ildə doğulub və model olaraq çalışıb. 43 yaşı olanda isə təqaüdə çıxıb. Onun 20 yaşlı qızı var. Lakin ana qızından qat-qat gənc görünür. Masako deyir ki, gündəlik ən az beş saat üz və göz altılarına baxımla məşğul olub.

Bundan başqa, o yaxşı əhval-ruhiyyənin də gənc qalmağa kömək etdiyini deyib. İndi Masako kosmetika şirkətləri ilə çalışır və televiziyada proqram aparır.

publika.az