Avropalıların boyu 100 il ərzində orta hesabla 11 sm artib. Avropada kişilərin boyu 100 ildə 11 santimetr artıb.
Britaniya və Avstraliya alimlərinin araşdırmaları bunu sübut edib.
Hazırda avropada 21 yaşlı gəncin boyu orta hesabla 1,79 sm təşkil edir. 100 il əvvəl isə 1,68 sm olub. Qadınların orta hesabla boyunu hesablamaq mümkün olmayıb.
Alimlər bu boy artımını yaşayış səviyyəsinin yüksəlməsi və orta təhsil səviyyəsinin qalxması ilə əlaqələndirirlər. Orta statistikaya görə, hollandlar boy və çəki artımında avropalılararasında birinci yeri tuturlar. Niderlandlılar arasında ən hündür orta boylu insan- 174,5 sm, ən ağır orta çəkili insan 78,8 kq ağırlığındadır.
Big.az