11 yaşlı “vunderkind” Texas universitetinin ən gənc tələbəsi oldu
9.9.2013

11 yaşlı bu bala oglan oğlan Texas xristian universitetinin (Texas Christian University) tarixində ən gənc tələbə oldu. Öz yaşına baxmayaraq, amerikalı kurs yoldaşlarıyla bərabər səviyyədə oxuyur.

Valideynlərinin sözlərinə görə, onlar oğullarında bu qeyri-adiliyi,uşaq hələ 2 yaşı olarkən ,qeyri-adi əqli qabiliyyətlər nümayiş etdirərkən hiss etmişdilər.

2 yaşından kiçik Karson kitablarla maraqlanmağa başlayıb. Artıq 3 yaşında isə çox sərbəst şəkildə vurma və bölmə əməllərini şifahı olaraq yerinə yetirib.

5 yaşında isə Karson artıq məktəbə gedib. Və ilə ilk günlərdən müəllimləri onun haqqında belə bir proqnoz verirlər - bu üsaq məktəbi yaşıdlarından əvvəl bitirəcək! Və elə də oldu. Karson 10 yaşında ən yüksək nailiyyətləlrə məktəbi bitirdi

Və artıq ailənin qarşısında belə bir sual-problem dayandı: Onların övladları təhsilini hansı ali məktəbdə davam etdirə biləcək? Axı onun cəmi 10 yaşı var idi.

"Biz anlayırdıq ki, bizim uşağımız parlaq intellektə malikdir, amma istəmirdik ki, o kollecə və ya universitetə daxil olmağa tələssin" — deyə Karsonun atası bildirib.

Karsona təzyiq etməyərək ona bildirdik ki, seçimlərində sərbəstdirvə o da Texas universtitetində təhsil almağı seçdi.

"Düzdür, onun universitetə daxil oması bizə də kiçik problemlər yaratdı
Karsonun yaşı çox kiçik olduğu üçün biz lazımi formaları doldura bilmirdik" - deyə universitetin dekanı Rey Braun gülümsəyərək açıqlama verib.

"Universitetdə oxumaq çox maraqlıdır.
Orada eynilə məktəb kimidir. Sadəcə bir az genişdir və tələbələr də çoxdur. Mən artıq bir neçə tələbə ilə dostlaşmışam", - deyən 11 yaşlı "Bethoven" sevincli halda öz təəssuratlarını bölüşüb.

Bu balaca “vunderkind” artıq 20 yaşında doktorluq dərəcəsini alacaq.

mix.az