Misirli alimlər xərçəng xəstəliyinin qızılın köməyi ilə müalicəsində
uğur qazanmışlar. Bununla əlaqədar Qahirədə Milli Elmi Araşdırmalar
Mərkəzində məxsusi mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında
çıxış edən doktor Mustafa əs-Seyid bildirmişdir ki, klinik təcrübələr
bədxassəli şişlərin yayılmasının qarşısının alınmasında qızıl
nanohissəciklər tətbiq edilməsinin səmərəli olduğunu göstərmişdir.
O demişdir ki, mütəxəssislər qızıl nanohissəcikləri lazer vasitəsilə şiş
yerinə çatdırmaqla xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail
olmuşlar. Doktor onu da qeyd etmişdir ki, bu halda yalnız zədələnmiş
hüceyrələrə təsir göstərilir, sağlam hüceyrələrə isə bunun heç bir
ziyanı yoxdur. Alimlər klinik təcrübələri hələlik heyvanlar üzərində
aparırlar. Əgər əlavə effektlərin olmaması tamamilə təsdiq edilərsə,
xəstə insanlar üzərində sınaqlar başlanacaqdır.