Cəlilabadın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayrılıb
10.9.2013

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

APA