XVlll əsrin sonlarında müasir texnikanın olmadığı bir dövrdə quraşdırılan və Fransanın simvollarından biri hesab olunan məşhur Eyfel qülləsi dünyanın ən möhtəşəm hündür qülləsi hesab olunurdu. Amma son illərdə müxtəlif ölkələrdə ucaldılan qüllələr Eyfeli arxada qoymuşdur.
Parisdə gündəlik nəşr olunan “Le Point” jurnalı dünyanın 10 ən hündür qülləsinin siyahısını dərc etmişdir.
Siyahıya Şanxayda dörd aydan sonra istifadəyə veriləcək 838 metrlik qüllə başçılıq edir.
İkinci yerdə gələn Dubaydakı Bürc Xəlifə qülləsinin hündürlüyü 828 metrdir.
2004-cü ildə tikilən Tayvannın 508 metrlik hündürlüyü olan Təpə qülləsi üçüncü yeri tutur.
Sonrakı yerləri 2008-ci ildə Şanxayda istifadəyə verilmiş Maliyyə Mərkəzi (hündürlüyü 429 metr), Hankoqdakı Ticarət Mərkəzi (484), 1998-ci ildə ucaldılan Malayziyanın Kuala-Lumpur (452), 1974-cü ildə Çikaqoda tikilən Saars Tower (442), Çində 2009-cu ildə inşa olunan Guang zhou (438), Şanxayda 1998-ci ildə ucaldılan Sin Mu (421) qüllələri bölüşürlər. Siyahıda sonuncu, onuncu yeri 2009-cu ildə Çikaqoda ucaldılan 415 metrlik Beynəlxalq Zəfər oteli tutur.
AzərTAc