Ukraynada dünyanın ən böyük yulaf aşı bişirələcək.
Ukraynada “Peçenejsk çölləri” festivalı çərçivəsində üç tonluq yulaf aşı bişirələcək. Bununla Ukrayna Ginnesin Rekordlar kitabına düşməyi planlaşdırır. Qazan isə xüsusi olaraq Donbassda hazırlanıb. Aşı səhər 9-10-dan bişirəcəklər.
Hazır olduqdan sonra isə 50 könüllü qonaqları yedizdirəcək. 14 min porsiyanın olacağı planlaşdırılır.
Bundan qabaq oxşar rekord İngiltərədə keçirilib.
publika.az