Azərbaycan prezidenti Yardımlının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayırıb
11.9.2013

Azərbaycan prezidenti İlham Əliyev Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yardımlı Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

APA