Bu gün ABŞ-da 11 sentyabr 2001-ci il terrorunun qurbanları yad olunur.
12 il əvvəl terrorçu-kamikadzelər iki təyyarəni ələ keçirərək Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qüllələrinə, Vaşinqtonda Pentaqonun binasına çırpıblar. Üçüncü təyyarə isə Pensilvaniyada qəzaya uğrayıb.
Terror aksiyaları 3 min nəfərin həyatına son qoyub. Bu hadisə eyni zamanda ABŞ-ın daxili və xarici siyasətində dönüş nöqtəsi olub.
11 sentyabr terrorunun 12-ci ildönümü ilə bağlı bu gün ABŞ-da bir sıra anım tədbirləri keçiriləcək.
APA